Xaçmazın Xudat şəhərinə daxil olan 4-cü şöbə adlanan yaşayış məntəqəsinə uzun müddət sonra təbii qaz verilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, illərdir şəhər statusunda olan Xudat sakinləri mavi yanacaq üzünə həsrət idilər. Bu gün onların mənzillərində təbii qazın verilişi reallaşıb.
Rayon rəsmilərinin açıqlamalarına görə ilin sonunadək daha bir neçə kəndə təbii qaz veriləcək.
Qeyd edək ki, Xudatın 4-cü şöbəsi adlanan massivdə 130 yaşayış məntəqəsi var. Sözügedən massivə təbii qaz xətti hələ iki il əvvəl çəkilmişdi. Amma mavi yanacağın verilişi bu gün reallaşıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu