EN

Rabitəbankda Qanvermə aksiyası keçirilib

Rabitəbank sosial məsuliyyət strategiyası çərçivəsində daha bir mühüm təşəbbüsə imza atıb. Belə ki, 8 May- Beynəlxalq Talassemiya Günü münasibətilə bankın Baş ofisində qanvermə aksiyası təşkil edilib. “Qanınla mənə can olduğun üçün təşəkkürlər, qan dostum” şüarı altında keçirilən aksiya Qan Bankının dəstəyi ilə baş tutub.

Aksiyanın keçirilməsində əsas məqsəd – cəmiyyətin diqqətini irsi qan xəstəliklərinə, xüsusilə də talassemiyaya yönəltmək, bu xəstəliklərlə mübarizə aparan insanlara dəstək olmaq və donor mədəniyyətini təşviq etmək olub. 

Aksiyada bankın rəhbər heyəti və əməkdaşları fəal iştirak edərək könüllü donor kimi qan veriblər. Hər bir iştirakçı Qan Bankının səyyar tibbi heyəti tərəfindən ilkin tibbi müayinədən keçirilib və bütün prosedurlar beynəlxalq təhlükəsizlik və gigiyena standartlarına uyğun şəkildə icra olunub.

Rabitəbank gələcəkdə də bu kimi humanist təşəbbüsləri davam etdirərək, sağlam cəmiyyətin qurulmasına dəstək verməyi qarşısına məqsəd qoyub.

Chosen
0
6
demokrat.az

7Sources