Bakı Trend:
Prezident İlham Əliyev Balakən rayonunun Heydər Əliyev parkındasərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlıtədbirlər haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncama əsasən, Balakən rayonunun HeydərƏliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi vətikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlətbüdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentininehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinə 5 (beş) milyon manat vəsait ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdagöstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamdagöstərilən sərnişin kanat yolunun tikintisinin davam etdirilməsiüçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşuxərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdanirəli gələn məsələləri həll etməlidir.