EN

Kreml Ukrayna üzrə Rusiya-ABŞ dialoqunun davam etdiyini bildirib

Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı dialoq davam edir.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Rusiya tərəfinin öz mövqeyini çatdırmaq imkanı var.

Peskov onu da əlavə edib ki, Rusiya tərəfi ABŞ prezidenti Donald Trampın administrasiyasının Ukrayna məsələsinin Moskva üçün əhəmiyyətini anladığını bilir.

Ukrayna danışıqlarında Braziliyanın ABŞ-ı əvəz edə biləcəyi ilə bağlı xəbərləri şərh edən Peskov mayın 6-da keçirdiyi brifinqdə bildirib ki, hazırda Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda vasitəçinin dəyişdirilməsi ilə bağlı danışıqlar aparılmır. Moskva Vaşinqtonla işləməkdə davam edir. Peskov vurğulayıb ki, Moskva Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün səy göstərməyə hazır olan bütün ölkələri alqışlayır.

//Gülnarə Abasova, Editor.az

Chosen
0
editor.az

1Sources