EN

Türkiyədə son 2 ildə 166 vəqf mədəniyyət abidəsi restavrasiya edilib

Türkiyədə son 2 ildə 166 vəqf mədəniyyət abidəsi restavrasiya edilib.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Vəqflər həftəsi"nin açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "Əsrin fəlakəti" kimi adlanan zəlzələdən sonra ərazidə zərər görmüş 377 mədəni-tarixi abidənin bərpa prosesinə başlanılıb: "Bu gün isə biz son bir ildə Türkiyədə və xaricdə bərpa edilmiş 101 vəqf abidəsinin bərpadan sonrakı açılışını edirik".

Ərdoğan, həmçinin Türkiyənin tarixi (Osmanlı dövrü - red.) torpaqlarındakı bərpa işlərinə də diqqət çəkib: "Bosniya-Herseqovina, Kosovo, Makedoniya, Albaniya və Şimali Kiprdə ümumilikdə 20 abidənin bərpası tamamlanıb. Əcdadlarımızdan bizə miras qalan torpaqlarda ümumilikdə 40 layihə uğurla başa çatdırılıb. Daha 3 abidənin bərpası isə tezlikdə başa çatdırılacaq".

Chosen
0
1
report.az

10Sources