Hər bir bürcün özünəməxsus enerjisi və həyata baxışı var. Bəziləri şən və ümid doludur, bir çoxları isə hadisələrə daha bədbin gözlə baxa bilər. Astroloqlar ən neqativ düşünən bürcləri araşdırıb tapıblar. Missiya.Az onları təqdim edir:
1. Oğlaqlar realist təbiətləri ilə tanınırlar, lakin çox vaxt həmin realizm bədbinliyə çevrilir. Sözügedən bürc mümkün riskləri düşünmədən addım atmaz və gələcəyi görmək istəməsi ilə tanınır, lakin bu yanaşma bəzən depressiya ilə nəticələnir.2. Əqrəblər dərin emosiyalara malikdirlər, insanları asanlıqla özünə yaxın buraxmırlar. Hadisələrə inamla yanaşmırlar, bu da onların şübhəci və zaman-zaman pessimist olmasından irəli gəlir. Bir şey yaxşı gedirsə, həmişə bunun arxasında problem axtara bilərlər.3. Qızlar hər bir xırda detal üzərində düşünmələri ilə məşhurdurlar. Daim çatışmayanı axtaran həmin xüsusiyyətləri onları müsbət fikirlərdən yayındıra bilər. Onlar özünü ən çox tənqid edən bürclərdəndirlər.
Zərintac MayisqızıMissiya.Az