EN

XRİTDX beynəlxalq tədbirdə iştirak edir

Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti 6-8 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən Dubay Dünya Ticarət Mərkəzində kibertəhlükəsizlik sahəsində beynəlxalq miqyasda ən nüfuzlu platformalardan biri olan “GISEC Global 2025” tədbirində iştirak edir.

“Poliqon” XRİTDX-yə istinadən xəbər verir ki, tədbir BƏƏ Kibertəhlükəsizlik Şurası, BƏƏ Daxili işlər Nazirliyi, Dubay Polisi və Dubay Elektron Təhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutur. tədbirdə iştirak edir.

160 ölkədən 18000-dən artıq informasiya təhlükəsizliyi mütəxəssisi, hökumət rəsmiləri, informasiya təhlükəsizliyi üzrə rəhbər şəxslər və 750-dən çox nüfuzlu brendi bir araya gətirən “GISEC Global 2025”in keçirilməsinin əsas məqsədi kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində ən son tendensiyalar, generativ süni intellekt, kvant kriptoqrafiyası, eləcə də zərərli proqram təminatı, dipfeyk texnologiyası ilə həyata keçirilən dələduzduq və süni intellektlə idarə olunan fidyə proqramları (ransomware) kimi aktual kibertəhdidlərə qarşı mübarizə yollarının müzakirəsi, bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsi və innovativ həllərin təşviq olunmasından ibarətdir.

Tədbir çərçivəsində XRİTDX-nin baş idarə rəisi general-mayor Azər Əhədov “Milli kiberdayanıqlılığın sürətləndirilməsi: Azərbaycanın kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsinə yanaşması” mövzusunda çıxış edib. O, çıxışında bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Eləcə də A. Əhədov qeyd edib ki, ölkəmizdə kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə ardıcıl və kompleks tədbirlər həyata keçirilir.

Həmçinin cari ilin 9-10 oktyabr tarixlərində XRİTDX və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə “Ağıllı şəhərlərdə kibermüharibə” mövzusuna həsr olunacaq “CIDC-2025” tədbirinin keçiriləcəyini “GISEC Global 2025” iştirakçılarının diqqətinə çatdırılıb.

Chosen
0
5
poliqon.az

10Sources