Bu barədə Türkiyənin Müdafiə Nazirliyi həftəlik mətbuat konfransında məlumat verib. Bildirilib ki, sözügedən vəzifə türkiyəli briqada generalı Əray Üngüdərə tapşırılıb.
"Generalımız öz vəzifəsi ərzində NATO-dakı tərəfdaş ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, NATO-nun potensialının gücləndirilməsi üçün hərbi siyasətin işlənib hazırlanması, alyansın hüdudlarından kənarda sabitliyin yaradılması ilə əlaqədar mühüm işləri yerinə yetirəcək. Bu kritik vəzifəyə türk generalın seçilməsi Türkiyənin alyansdakı effektiv rolunun, onun təhlükəsizliyi və sabitliyinə verdiyi töhfənin mühüm göstəricisidir",– nazirliyin məlumatında vurğulanıb.
Firudin Həmidli
AzVision.az