EN

Sırrı Süreyya Öndərə sui-qəsd edilibmiş - DETALLAR

Türkiyənin bir neçə gün əvvəl vəfat edən deputatı Sırrı Süreyya Öndərə qarşı sui-qəsd cəhd edildiyi barədə xəbərlər yayılıb.

Modern.az-ın məlumatına görə, iddialar Vətən Partiyasının sədri Doğu Perinçek tərəfindən irəli sürülüb.

O, “Ulusal Kanal”da verdiyi açıqlamada Sırrı Süreyya Öndərə qarşı ehtimal edilən sui-qəsd planı barədə əvvəlcədən xəbərdarlıq etdiyini söyləyib.

Öndərin üzvü olduğu DEM partiya da məlumatı təsdiqləyib. Partiyanın məlumatına görə, Öndərin vəfatından təxminən bir həftə əvvəl onun avtomobilinə təhlükəli kəsici alət yerləşdirilib.

DEM Partiyasının yazılı açıqlamasında bildirilir ki, aprelin 2-də Sırrı Süreyya Öndər avtomobilini idarə edərkən parkinq işçisi təkərlərdən gələn qeyri-adi səsdən şübhələnib. Daha sonra avtomobil texniki baxışa aparılıb və orada sol arxa təkərin partlamasına səbəb ola biləcək dəmirdən kəsici alət aşkar edilib.

Açıqlamada qeyd olunur ki, bu hadisə ilə bağlı ilkin məlumatlar partiya rəhbərliyinə təqdim olunub və məsələ ilə bağlı lazımi araşdırmalara başlanılıb. "Hadisə və sübutlar rəsmi orqanlara ötürülüb. Həm partiyamız, həm də Öndər məsələni yaxından izləyirdi. İstintaqın həssaslığı nəzərə alınaraq məsələ ictimaiyyətə açıqlanmayıb", – deyə DEM Partiyasının açıqlamasında bildirilib.

Hazırda davam edən araşdırma və istintaq nəticəsində hələlik qəti qərar verilməyib.

Qeyd edək ki, Sırrı Süreyya Öndər həm DEM Partiyasının İstanbul millət vəkili, həm də Türkiyə Böyük Millət Məclisinin sədr müavini idi.

Chosen
0
4
modern.az

5Sources