EN

Şəbnəm Xuramanın CAVABINI VERDİ - VİDEO

Müğənni Şəbnəm Tovuzlu bir müddət öncə onun işlərini “keyfiyyətsiz” adlandıran Xuraman Şuşalıya cavab verib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Qonaqcanlı”da danışıb.

Şəbnəm deyib ki, layihələrinə çox pul xərcləyir:
 

“Xuraman xanımın o vaxt oxuduğu “Dilşab” mahnısının aranjimanı bərbad gündədir. Çünki o vaxtın aranjimanıdır, onu Tacir Şahmalıoğlu da ifa etmişdi. İndi Xuraman xanım daha yaxşı aranjiman edə bilər. İndi daha yaxşı aparatlardan istifadə olunur. Əvvəl qulaqlıqlarda səs necə pis çıxırdı. İndi yeni modellər gətirilib.


Çox mükəmməldir. Səs yağ kimi yayılır. Xuraman xanımı çox istəyirəm. Ondan incimədim, zəng də etmədim. Ətraflı cavab vermədim. Mənim mahnılarımın ən aşağı aranjiman qiyməti 2-3 min manatdır. Bu gün mən o qiymətə fotosessiya etdirirəm. Klipim üçün 8-9, 15 min vəsait ayrılır. Bu işi görürük. Efekti də əldə edirik. Youtube kanalımı açsın, baxsın”.

Sara, Bizim.Media

Chosen
0
50
bizim.media

10Sources