AZ

Tramp bu gün Böyük Britaniya ilə ticarət sazişini elan edəcək - FOTO

ABŞ prezidenti Donald Tramp bu gün Birləşmiş Ştatların Böyük Britaniya ilə ticarət sazişi imzalayacağını rəsmən elan edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı The New York Times yayıb.

Xatırladaq ki, Tramp daha əvvəl cümə axşamı “Vaşinqtonun ilk böyük ticarət razılaşması” münasibətilə geniş mətbuat konfransı keçirəcəyini bildirmiş, lakin hansı ölkə ilə bu sazişin imzalanacağını açıqlamamışdı.

Böyük ehtimalla, bu addım Trampın yenidən siyasi səhnəyə qayıdışı və iqtisadi kursunun əsas vektorlarını ortaya qoymaq üçün atdığı ilk ciddi addımlardan biridir.

Vaşinqton və London arasında belə bir sazişin imzalanması həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyətli hadisə sayılır. Bu, xüsusilə Brexit sonrası dövrdə Böyük Britaniyanın ABŞ-la münasibətlərini dərinləşdirmək cəhdlərinin nəticəsi kimi də qiymətləndirilə bilər.

Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr