EN

Səbinə Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası təşkil edildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Bakının Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası təşkil edilib. 

News24.az xəbər verir ki, aksiyada Ombudsman Səbinə Əliyeva, Aparatın və regional mərkəzlərin əməkdaşları iştirak ediblər.

Aksiya çərçivəsində Nərimanov rayonu ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 102 dekorativ ağac əkilib.

Aksiya zamanı Ombudsman jurnalistlərə açıqlamasında bütün ictimaiyyətə yaşıllıqların mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən işlərdə aktiv şəkildə iştiraka dəvət edib.

Qeyd olunmalıdır ki, Ulu Öndər Heydər Əliyev rəhbərliyi dövründə ölkədə ekoloji problemlərin həlli, təbii sərvətlərdən səmərəli istifadə məsələlərini hər zaman diqqət mərkəzində saxlamışdır.

Chosen
0
1
news24.az

2Sources