ABŞ prezidentinin elçisi Stiven Vitkoff BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin diplomatları ilə görüşüb. BMT-nin Nyu Yorkdakı mənzil-qərargahı ilə üzbəüz yerləşən ABŞ Daimi Nümayəndəliyində baş tutan görüşün əsas mövzusu İran, Fələstin və Ukrayna ilə bağlı məsələlər olub. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə Pakistanın dünya təşkilatındakı daimi nümayəndəsi Asim İftixar Əhməd deyib."Biz Vitkoffun prezident tərəfindən təyin olunmuş rolunu oynadığı üç əsas məsələni - Fələstin, İran və Ukraynanı müzakirə etdik" - deyə səfir bildirib.Onun sözlərinə görə, tədbirdə başqa mövzular da qaldırılıb.