BMT-dəki daimi nümayəndələrin ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffla qeyri-rəsmi görüşü məhsuldar olub.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd deyib.
"Görüş faydalı oldu, qeyri-rəsmi və məxfi xarakter daşıdığı üçün təfərrüatları açıqlaya bilmərəm", - diplomat qeyd edib.
Əhməd bildirib ki, Fələstin-İsrail münaqişəsi, Ukrayna ətrafındakı vəziyyət və İranın nüvə proqramı müzakirə mövzuları olub.
O, belə məsləhətləşmələrin vacibliyini vurğulayıb: “Xüsusi elçi Uitkoff bu məsələlərdə Prezident Trampı (ABŞ Prezidenti Donald Tramp - red.) təmsil edir və cari böhranların bu formatda müzakirəsi tərəflərin mövqelərini daha yaxşı anlamağa kömək edir”.
Qeyd edək ki, Uitkoffun diplomatlarla qapalı görüşü mayın 7-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı ilə üzbəüz yerləşən ABŞ Daimi Nümayəndəliyində baş tutub və təxminən bir saat yarım davam edib.