EN

Faciəli şəkildə ölən şəxs sabiq məmur imiş - VİDEO

Lənkəranın Vələdi kəndində bədbəxt hadisə baş verib. 66 yaşlı Əzizağa Ağayev balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Onun qohumu Aqil Rzayev hadisə ilə bağlı Baku TV-yə danışıb.

"Balıq tutmağa getmişdi, bir də eşitdik ki, elektrik vurması səbəbindən dünyasını dəyişib. Çox gözəl insan idi", - deyə Aqil Rzayev bildirib.

Qeyd edək ki, Əzizağa Ağayev uzun müddət Lənkəranda yüksək vəzifədə çalışıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Chosen
0
20
ekologiya.az

10Sources