AZ

Faciəli şəkildə ölən şəxs sabiq məmur imiş - VİDEO

Lənkəranın Vələdi kəndində bədbəxt hadisə baş verib. 66 yaşlı Əzizağa Ağayev balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

 “Yeni Sabah” xəbər verir ki, onun qohumu Aqil Rzayev hadisə ilə bağlı Baku TV-yə danışıb.

 "Balıq tutmağa getmişdi, bir də eşitdik ki, elektrik vurması səbəbindən dünyasını dəyişib. Çox gözəl insan idi", - deyə Aqil Rzayev bildirib.

 Qeyd edək ki, Əzizağa Ağayev uzun müddət Lənkəranda yüksək vəzifədə çalışıb.

 Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
0
20
yenisabah.az

10Mənbələr