EN

Qaşım Maqomedov dünya reytinqində ikinci yeri qoruyub

May ayı üçün taekvondo üzrə dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, Paris-2024 Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşım Maqomedov siyahıda ikinci mövqedəki yerini qoruyub saxlayıb.

58 kq-a qədər çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısının hesabında 133,34 xal var.

Qeyd edək ki, bu çəki dərəcəsində Qaşimin Olimpiya finalındakı rəqibi Cənubi Koreya təmsilçisi Tae-joon Park 200 xalla birincidir.

İdman.biz

Chosen
0
idman.biz

1Sources