EN

“Qənnadıçı, şirniyyatçı” və “Aşpaz” ixtisasları üzrə qiymətləndirmə keçirilib

Mayın 7-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Qənnadıçı, şirniyyatçı” və “Aşpaz” peşə ixtisasları üzrə praktiki imtahan keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, “Qənnadıçı, şirniyyatçı” və “Aşpaz” peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanı uğurla keçən namizədlər praktiki imtahan üçün “Honey Cake studio” MMC-nin istehsalat bazasına dəvət olunub.  

TKTA-nın məsul əməkdaşının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində işəgötürən tərəfin nümayəndəsi qismində “Honey Cake studio” MMC-nin direktoru Gülnar Rəsulova, sahə üzrə müstəqil ekspert qismində isə təlimçi ekspert Kəminə Əsədova iştirak edib.

Qeyd edək ki, sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Yekunda hər iki mərhələdə uğur qazanan namizədlər “Qənnadıçı, şirniyyatçı” və “Aşpaz” peşə ixtisasları üzrə müvafiq sənədlə təltif olunublar.

Bildirilir ki, agentlik tərəfindən təqdim edilən sözügedən sənəd Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, müraciətçiyə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.

 

 

 

 

 

Chosen
0
tehsil.biz

1Sources