EN

Aprel ayında Özbəkistana 1 milyondan çox turist gəlib

Yazını böyüt
Yazını kiçilt

İlk dəfə olaraq bir ay ərzində Özbəkistana 1 milyondan çox xarici turist gəlib.

Hafta.az-ın yazdığına görə, bu barədə məlumatı ölkənin Turizm Komitəsi yayıb.

"2025-ci ilin aprel ayında Özbəkistana 1 milyondan çox xarici turist səfər edib. Bu rəqəm təkcə tarixi nəticə deyil, həm də ölkəmizdə turizm sektorunda aparılan ardıcıl islahatların, xüsusilə açıqlıq siyasətinin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin bəhrəsidir", - məlumatda deyilir.

Bildirilir ki, Özbəkistan prezidentinin turizmin strateji sənaye kimi inkişaf etdirilməsi, eləcə də bu sahəyə investisiyaların cəlbi, vizasız rejimin genişləndirilməsi, beynəlxalq turizm yarmarka və forumlarında fəal iştirakı ilə bağlı fərman və sərəncamları ölkənin cəlbediciliyini daha da artırır.

Məlumata görə. gələcəkdə turizm sektorunun inkişafının davam etdirilməsi, beynəlxalq standartlara cavab verən xidmətlərin çeşidinin genişləndirilməsi, ekoloji və dayanıqlı turizmi dəstəkləməklə Özbəkistanın qlobal miqyasda rəqabətqabiliyyətli və cəlbedici turizm məkanı kimi mövqeyini gücləndirmək planlaşdırılır.

Chosen
0
hafta.az

1Sources