EN

Azərbaycanla Ermənistan arasında SÜLH PROSESİ: “İstənilən ölkənin vasitəçiliyi o halda qəbul olunar ki…”- ŞƏRH

“İranın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması sahəsində vasitəçiliklə bağlı təşəbbüsləri yeni deyil. Azərbaycan torpaqları işğal altında olduğu 30 ildən artıq bir dövrdə də İran mütəmadi olaraq  bu təşəbbüslərlə çıxış edib. Amma rəsmi Tehranın bu təklifi bir sıra səbəblər üzündən qəbul edilməmişdir ki, bu səbəblərdən ən əsası bir vasitəçi kimi onun tərəfsiz olmamasıdır”.

Bunu Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, keçən müddət ərzində İran Azərbaycandan daha çox Ermənistanın mənafeyini müdafiə edən bir dövlət kimi tanınıb:

“Məhz buna görə də Azərbaycan tərəfi Qarabağın işğal altında qaldığı müddətdə İranın təklif etdiyi vasitəçiliyə bir qədər ehtiyatla yanaşıb. İndi isə vəziyyət fərqlidir. Azərbaycan torpaqları işğaldan azad edilib, müharibə şəraiti aradan qaldırılıb. Sadəcə iki dövlət arasında sülh müqaviləsinin imzalanması məsələsi qalıb. Bu məsələ də birbaşa danışıqlar vasitəsi ilə müzakirə edilir. İranın və ya digər dövlətlərin bu məsələdə vasitəçilik missiyasına ehtiyac varmı? Hesab edirəm ki. Azərbaycan bu məsələdə vasitəçilərə ehtiyac olmadığını düşünür və ikitərəfli müzakirələri üstün tutur. Ona görə də təkcə İranın deyil, istənilən digər ölkənin vasitəçiliyi o halda qəbul olunar ki, onlar həqiqətən tərəfsizlik nümayiş etdirsinlər. Amma bu mümkündürmü?”.

//Gülnarə Abasova, Editor.az

Chosen
0
editor.az

1Sources