EN

Parisdə naməlum şəxs avtomobili qələbəni qeyd edən PSJ fanatlarının üzərinə sürüb

Parisdə yerli futbol klubunun PSJ-nin Çempionlar Liqasının finalına çıxması münasibətilə keçirilən şənlik zamanı 3 nəfər yaralanıb, 43 nəfər həbs edilib.Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb .

"Champs-Elysées" yaxınlığında avtomobilin vurması nəticəsində 3 nəfər yaralanıb. Sosial şəbəkələrdə yayılan videoda naməlum səbəbdən izdihamın üzərinə sürən avtomobilin bir neçə nəfəri yıxdığı görünür.

Xəsarət alanlardan birinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə orta-ağırdır. Hadisədən sonra pərəstişkarları avtomobili təqib edib və nəticədə avtomobilin hadisə yerindən bir neçə metr aralıda yanmış vəziyyətdə tapılıb. İçəridə olanların həbs olunub-olunmadıqları hələlik məlum deyil.

Zərintac MayisqızıMissiya.Az

Chosen
0
missiya.az

1Sources