EN

Pakistan Hindistanın 12 PUA-sını sıradan çıxarıb

Bu barədə Pakistan Ordusunun mətbuat xidmətinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri yerli mətbuata açıqlama verib. O diqqətə çatdırıb ki, Pakistan Silahlı Qüvvələri Hindistanın istənilən hərbi təcavüz aktına qarşı yüksək döyüş hazırlığı və sayıqlıq vəziyyətindədir.
Tramp Pakistan və Hindistana kömək etmək istəyir- VİDEO

Xatırladaq ki, aprelin 22-də iki ölkə arasında münasibətlər Pakistanın Pahalqam şəhərində 25 hindli və bir nepallının ölməsi ilə nəticələnən terror aktı fonunda gərginləşib. Mayın 6-da Hindistanın Pakistana raket zərbələri endirməyə başlaması ilə vəziyyət hərbi toqquşmaya çevrilib.

Firudin Həmidli
AzVision.az
Chosen
0
azvision.az

1Sources