Ukrayna ordusu Rusiya sərhədini keçərək Kursk vilayətinin Tetkino kəndinə doğru irəliləyib.
Missiya.Az xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.
“Müşahidə kameralarının görüntülərinə görə, rus qoşunları Tetkinonun cənub hissəsindəki binaya hava zərbələri endirib. Belə ki, Ukrayna hərbçiləri kənddəki mövqeləri nəzarətə götürüblər”, - deyə vurğulanıb.
Bununla belə, rusiyalı hərbi bloqerlər Ukrayna qüvvələrinin qəsəbənin cənub hissəsində iki küçəyə qədər nəzarət etdiyini iddia edirlər.
Xatırldaq ki, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin Kurskun Ukrayna ordusundan təmizləndiyini elan edib.
Daşqın HəsənovMissiya.Az