EN

MY Moise Kin ilə maraqlanır

"Fiorentina"nın 25 yaşlı hücumçusu Moise Kin İtaliya çempionatından İngiltərə Premyer Liqasına keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Məlumata görə, futbolçunun xidmətində "Mançester Yunayted" maraqlıdır.

Daha əvvəl mətbuatda “Barselona”nın Kini transfer etmək istəyi ilə bağlı xəbərlər yayılmışdı.

Moise bu mövsüm 41 oyun keçirib, 23 qol vurub və 3 məhsuldar ötürmə edib.

Hücumçunun transfer dəyəri 40 milyon avro qiymətləndirilir.

Kinin Florensiya klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin iyunun sonunda başa çatır.

Chosen
0
operativmm.az

1Sources