EN

Direktor şagirdi 1 həftədir dərsə buraxmır - Məktəbdə qalmaqal - VİDEO

Ağdamda 1-ci Yüzbaşlı kənd orta məktəbinin 10-cu sinif şagirdi Elsəvər Əhmədov 1 həfdədir ki, məktəbə buraxılmır. 

Day.Az sitat.info-ya istinadən xəbər verir ki, məktəbin direktoru Polad Zeynalov şagirdin məktəbə buraxılmaması ilə bağlı tapşırıq verib. Şagirdin valideynləri direktorun bu davranışını qanunsuz hesab edərək, "Sitat.info"ya şikayətləniblər.

Ötən gün şagird Elsəvər Əhmədov dayısı ilə birgə yenidən məktəbə yollanıb. Mühafizəçi direktor tərəfindən konkret olaraq onun məktəbə girişinə qadağa qoyulduğunu bildirib  və mübahisə yaşanıb.

Şagirdin valideynləri ilə mühafizəçi arasında mübahisə düşüb. Həmin anlar videolentə alınıb.

Şagirdin sözlərinə görə, müəlliminin nalayiq ifadələrinə qarşılıq verdiyi üçün direktor onu məktəbdən uzaqlaşdırıb. 

Daha ətraflı təqdim etdiyimiz videodan izləyin...

Chosen
0
6
day.az

7Sources