EN

“Neftçi” “Sabah”a çata biləcəkmi?

Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edir.

"Football-plus.az" xəbər verir ki, bu gün həlledici mərhələnin 4-cü matçı baş tutacaq.

Son çempion “Sabah” “Neftçi”ni sınağa çəkəcək. Qarşılaşma Bakı İdman Sarayında keçiriləcək. “Sabah” 3-cü qələbə ilə çempionluğa bir addım da yaxınlaşmaq, “Neftçi” seriyadakı hesabı bərabərləşdirməyə çalışacaq.

Qeyd edək ki, seriyanın 5-ci qarşılaşması mayın 11-də baş tutacaq.

Azərbaycan Basketbol Liqası
Final, 4-cü oyun
8 may
Neftçi - Sabah

Bakı İdman Sarayı
Seriyada hesab – 1:2

1Sources