EN

Əziz dost - Putinin Si Cinpin ilə görüşü belə başladı

Kremldə Rusiya prezidenti Vladimir Putinlə Çinin sədri Si Cinpin arasında rəsmi görüş başlayıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı və kadrları Kremlin mətbuat xidməti yayıb.

Çin liderini salamlayan Putin Si Cinpini “əziz dost” adlandırıb və yenidən görüşməkdən şad olduğunu bildirib.

Bundan əlavə, Rusiya prezidenti Si Cinpinə Qələbənin 80-ci ildönümünü Rusiya ilə bölüşmək qərarına görə təşəkkür edib.

Chosen
0
publika.az

1Sources