EN

Ekrem İmamoğlunun "X" hesabı bağlanıb

Fəaliyyəti dayandırılan və həbs edilən İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun "X" sosial şəbəkəsindəki hesabı Türkiyə qanunlarını pozmağa təhrik edən nəşrlərə görə məhkəmə qərarı ilə bağlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi məlumat yayıb.

"Əkrəm İmamoğlunun 24 aprel 2025-ci ildə 'X' sosial şəbəkə hesabında cinayət törətməyə təhrik edən paylaşımlar etdiyi ehtimalı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində İmamoğlunun həbs müddəti başa çatana qədər onun 'X' hesabına giriş qadağan edilib", - məlumatda deyilir.

1Sources