Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin ilk dörd ayında 80 milyon manat xalis mənfəət əldə edib.
“APA-Economics” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O bildirib ki, ABB-nin dayanıqlılıq və ötən il üzrə audit hesabatları bankın fəaliyyətinin müsbət olduğunu deməyə əsas verir. Bank müştərilərinin 65 faizi rəqəmsal kanallar vasitəsilə əldə edib ki, bu, qlobal bankların hədəflədiyi göstəricidir.