EN

Qayçı ilə ərinin kürəyinə vurdu –QISQANCLIQ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Qənirə Səfərovanın (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttiham aktına əsasən, hadisə bu ilin əvvəlində Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, Qənirə Səfərova yaşadıqları evdə qısqanclıq zəminində qeyr-rəsmi münasibətdə yaşadığı zərərçəkmiş Murad Babaşovla (ad, soyadı şərtidir) mübahisə edib. Bu zaman qadının 10 yaşlıq qızı mübahisəni sakitləşdirmək üçün onların arasına daxil olub. Murad isə qızın qolundan tutaraq kənara itələyib. Sonra Qənirə yataq otağından götürdüyü qayçı ilə ərinin sağ kürək nahiyəsinə qəsdən bir dəfə. daha sonra isə sol çiyin nahiyəsindən bir zərbə endirərək ona yüngül zərər yetirib.

Hadisədən sonra Qənirə Səfərova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda zərərçəkmiş təqsirləndirilən şəxs ilə barışıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur.

 

Chosen
0
azpost.info

1Sources