EN

Misir prezidenti Moskvaya səfər edib

Misir prezidenti Əbdülfəttah əs-Sisi Moskvaya səfər edib.

Operativ Media xəbər verir ki, bu barədə Misir prezidentinin ofisi bəyanat yayıb.

"Prezident Əbdülfəttah əs-Sisi Yunanıstana rəsmi səfərindən sonra bu gün Yunanıstanın paytaxtı Afinadan ayrılaraq, 9 May Qələbə Günü paradında iştirak etmək üçün Rusiyanın paytaxtı Moskvaya yola düşüb", - bəyanatda qeyd olunub.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Rusiya və Misir prezidentləri Vladimir Putin və Əbdülfəttah əs-Sisi mayın 9-da Moskvada ikitərəfli görüş keçirəcək və danışıqlar zamanı Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.

1Sources