Ermənistanın "eşşək” ləqəbi ilə tanınan "Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan Rusiya tərəfinin dəvəti ilə mayın 9-da keçiriləcək bayram tədbirləri və hərbi paradda iştirak etmək üçün bu gün Moskvaya yola düşəcək.
Moderator.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Sarukyanın həmin günlərdə Rusiyanın müxtəlif siyasi və ictimai dairələri, xadimləri ilə də görüşləri olacaq.
“Məlumatı Qaqik Sarukyanın mətbuat katibi İveta Tonoyanla dəqiqləşdirməyə çalışsaq da, o, çoxsaylı telefon zənglərimizə cavab vermədi”, - erməni nəşri belə yazır.
Xatırladaq ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri, rusiyapərəst oliqarx Qaqik Sarukyan ermənilərin Qarabağ klanı arasında “eşşək” ləqəbi ilə tanınır. "Eşşək” ləqəbi ilə tanınsa da, biznesmen, oliqarx olan Qaqik Sarukyanın Qarabağ erməniləri arasında da böyük nüfuzu olub. Çünki vaxtilə həm Azərbaycan torpaqlarının məskunlaşdırılması, həm də işğalçı ordunun güclənməsi üçün mütəmadi yardımlar edib. Eyni zamanda o, Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryanla iş ortağı olub…
S.Laçın