EN

"Azərbaycan yeni qələbələrə də imza atacaqdır" - Sahibə Qafarova

"1991-ci ilin 18 oktyabrda müstəqilliyimiz bərpa olunandan sonra dövlətimiz çətinliklərlə üzləşmişdir. Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması isə ölkədəki hadisələri sabitləşdirməyə imkan verdi.  O, dövlət müstəqilliyimizi bərpa etməyə nail oldu".

News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda xüsusi iclasında spiker Sahibə Qafarova deyib.

S.Qafarova qeyd edib ki, Ulu Öndərin aşıladığı işləri layiqincə davam etdirən möhtərəm prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan uğurlu inkişaf yolu keçib. 

"Yoxsulluğun azaldılması, həyat rifahının yüksəldilməsi kimi işlər görülüb. Ölkəmiz beynəlxalq təşkilatlarda mövqeyini gücləndirib. Azərbaycan 30 ilə yaxın böyük haqsızlıqla üz-üzə qalmışdı. Bütün bu illər ərzində Azərbaycan dinc yolla məsələni həll etməyə çalışırdı. Təəssüf ki, Azərbaycanın bu cəhdləri nəticə vermədi, çünki ölkəmizlə bağlı başqa ölkələrin planları vardı. Nəhayət, müzəffər ali baş komandanın rəhbərliyi ilə tarixi qələbələr təimin edildi. Dövlətimizin ərazi bütövlüyü və suverenliyi, tarixi ədalət təmin olundu".

Spiker parlamentin fəaliyyətindən də danışıb:

"Son 32 ildə həyata keçirilən dövlət quruculuğu işlərində parlament də fəal iştirak etmişdir. Xalqımız dəyərli tarixin banisidir. Gələcəyə böyük ümidlərlə baxırıq. Azərbaycan yeni qələbələrə də imza atacaqdır".

Chosen
0
3
news365.az

4Sources