EN

Xalası qızının burnunu sındıran qadına elektron qolbaq taxıldı

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən D.Nəsirovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2023-cü ildə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən "Embowood” mebel mağazasının arxasında qeydə alınıb.

Belə ki, D.Nəsirova xalası qızı, zərərçəkmiş Günay Cabbarovanın (ad, soyadı şərtidir) ona anası ilə yüksək səslə danışmasına irad bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Bu zaman D.Nəsirova zərərçəkmiş şəxsin sifət nahiyəsinə qəsdən bir dəfə yumruqla vurub. Nəticədə Günayın burun sümüyü sınıb.

Hadisədən sonra D.Nəsirova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla o, 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, D.Nəsirovaya 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. (Pravda.az)

Bizim.Media

Chosen
0
1
bizim.media

2Sources