Bakı, 8 may, AZƏRTAC
Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Neftçi” və “Sabah” komandaları dördüncü matçda üz-üzə gələcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da başlayacaq.
Tərəflər arasında daha əvvəl üç oyun keçirilib. “Sabah” iki, “Neftçi” isə bir qələbə qazanıb.
Beşinci görüş mayın 11-nə təşkil olunacaq.
Qeyd edək ki, final seriyasında dörd qələbə qazanan komanda qızıl medalların sahibi olacaq.