EN

ABŞ-ın bu müharibələrin qarşısının alacağına inam yoxdur- ÖZƏL

"Beynəlxalq aləmdə gedən proseslər gərginləşir, yeni münaqişə ocaqlarının yaranmasına, hərbi toqquşmaların sürətlənməsinə və digər narahatlıq törədən məqamlara şahidlik etməyə başlamışıq. Görəsən barıt çəlləyinə dönmüş bu, dünyada sabitliyi  kimlər təmin edəcək?"
 "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Əkrəm Bəydəmirli deyib: "Hazırda dünyanın  şəriksiz güc mərkəzi olan ABŞ-ın bu müharibələrin qarşısının alacağına inam yoxdur.
Müstəqillik əldə olunan zaman ABŞ-da ümumi əhalinin sayı 2,5 milyon nəfər olub. Hazırda bu ölkənin əhalisi təxminən 335 milyonu keçib.Bu nəhəng ölkənin hazırki və 47-ci prezidenti  Tramp seçki dönəmində dünyaya, xüsusilə, Ukraynaya sülh gətirəcəyini bəyan edirdi. Amma, lakin müharibələrin biri də artdı.  Hindistanla Pakistan arasında  başlamış qanlı döyüşlər gərginliyin əhatə dairəsini genişləndirdi. Heç şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsində ABŞ prezidentinin uğursuz cəhdləri ortadadır. Trampın köməyi ilə bunkerdən çıxan, çox hiyləgər siyasətçi Putin Rusiya -Ukrayna müharibəsində yeni oyun qaydalarını müəyyən edir.  
Qənaətimcə, bu gün regionda və dünyada gedən proseslərə emosional deyil, strateji yanaşma, davamlı təhlil lazımdır.  Məhz belə məqamda hazırkı mürəkkəb dünyanın çox ciddi çağrışlarını bir daha təhlil edərək hədəflərimizi düzgün müəyyən etməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
0
olaylar.az

1Sources