EN

Vladimir Putinin üç günlük “sülhü” qüvvəyə minib

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi üç günlük atəşkəs bu səhər qüvvəyə minib.

“Reuters” xəbər verir ki, Rusiya pilotsuz təyyarələri və ballistik raketlərinin bir neçə gecə davam edən güclü hücumlarından sonra, Ukraynanın böyük şəhərlərinə sakitlik qayıdıb.
Lakin Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, Kremlin atəşkəs elan etdiyi vaxtdan bəri Rusiya təyyarələri Ukraynanın şimalındakı Sumi bölgəsinə iki dəfə idarə olunan bombalar atıb. Dağıntılar barədə məlumat verilməyib.

Ukrayna Hərbi Hava Qüvvələrinin iki idarə olunan bomba atması ilə bağlı verdiyi xəbərlərdən başqa, bu səhər Rusiyaya məxsus pilotsuz təyyarələr və ya raketlərin Ukrayna şəhərlərinə doğru uçması ilə bağlı heç bir məlumat yoxdur.

//Samir Qurbanov, Editor.az

Chosen
0
editor.az

1Sources