EN

İstisuda “Niva”nı çaya aşırdı

Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib.

Vətəninfo.az xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

Bakı şəhərində yaşayan, əslən Kəlbəcər rayonundan olan sürücü 1985-ci il təvəllüdlü Namiq Mamedov qəza anında “Niva” markalı avtomobili ilə birlikdə çaya düşüb.

Müxtəlif bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Chosen
0
10
veteninfo.az

10Sources