Kəlbəcərdə "NİVA" markalı avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Turkustan.az xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.
Sürücü, Bakı şəhərində yaşayan, əslən Kəlbəcər rayonundan olan 1985-ci il təvəllüdlü Namiq Mamedov qəza anında avtomobil ilə birlikdə çaya düşüb.
Müxtəlif bədən xəsarətləri alan şəxs Gəncədəki xəstəxanalardan birinə çatdırılıb.
Onun vəziyyəti orta-ağırdır./Teleqraf/