EN

İsrail Yəməndən gələn pilotsuz uçuş aparatının vurduğunu açıqladı

İsrail ordusu çərşənbə günü Yəməndən gələn pilotsuz təyyarəni vurduğunu açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, rəsmi “X” sosial media hesabında paylaşım edən ordu sözçüsü Aviçay Adrae bildirib ki, pilotsuz uçuş aparatının (PUA) Yəmən istiqamətindən, yəni şərqdən gəldiyi təsbit edilib. A.Adrae İsrail döyüş təyyarələrinin PUA-nı vurduğunu və protokola uyğun olaraq hava hücumu siqnalının işə salındığını qeyd edib.

Çərşənbə axşamı isə İsrail ordusu Yəməni hədəf alaraq Səna hava limanı, elektrik stansiyaları və sənaye obyektlərinə hava zərbələri endirib. Hücumlar nəticəsində azı 7 nəfər həlak olub, 74 nəfər isə yaralanıb.

Husilər son 19 ayda İsrailin fələstinlilərə qarşı həyata keçirdiyi vəhşi hücumlar nəticəsində, əksəriyyəti qadın və uşaq olmaqla 52 min 600-dən çox insanın həyatını itirdiyi Qəzzadakı fələstinlilərlə həmrəylik məqsədilə 2023-cü ilin noyabr ayında Qırmızı və Ərəb dənizləri, Bab əl-Məndəb boğazı və Ədən körfəzindən keçən gəmiləri hədəf almağa başlayıblar.

Husilər yanvar ayında Qəzzada İsrail və Fələstinin müqavimət hərəkatı HƏMAS arasında əldə edilən atəşkəsdən sonra hücumlarını dayandırmışdı. Lakin İsrail mart ayında Qəzzaya hava hücumlarını yenidən bərpa etdikdən sonra, husilər hücumlarını təkrarlayıb.

Oman çərşənbə axşamı Yəməndə ABŞ və husilər arasında atəşkəs elan edildiyini açıqlayıb. Bu bəyanat, ABŞ Prezidenti Donald Trampın husilərin ticarət gəmilərinə hücum etməyəcəklərini bildirməsindən sonra verilib.

Chosen
0
veteninfo.az

1Sources