EN

Daha bir ölkə BRİKS-ə üzv olmaq istəyir

Venesuela xarici işlər naziri bildirib ki, ölkənin BRİKS-ə üzv olmaq planları var. AzPost bildirir ki, mayın 7-də Rusiya prezidenti  Vladimir Putin və onun Venesuelalı həmkarı Nikolas Maduro strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıblar. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, saziş uzunmüddətli perspektivə hesablanıb və bütün əsas mövzuları əhatə edir.

Maduro və Venesuela Nazirlər Kabinetinin üzvlərinin və yüksək rütbəli hərbçilərin daxil olduğu nümayəndə heyəti mayın 7-də Rusiyaya gəlib. O, Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak edəcək.

BRICS-in üzvləri Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikası, 2024-cü ildən isə Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanıdır. BRİKS adı ilk beş üzv ölkənin ingilis adlarının abbreviaturasıdır.

Chosen
0
1
azpost.info

2Sources