EN

İlham Əliyevdən dünyaya mesaj: Nə dirimizdən vaz keçərik, nə ölümüzdən!

Prezident İlham Əliyev mayın 9-da Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək qələbə paradında iştirak etməyəcək. Buna səbəb kimi üç amil əsas gətirilib ki, bunlardan birincisi

AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat-istintaq tədbirləri aparmaması, günahkarların müəyyən edilərək məsuliyyətə cəlb olunmamasıdır.

İkinci səbəb, bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edilməsi və bunun fonunda rəsmi Moskvanın  bu məsələyə hələ də aydınlıq gətirməməsidir.

Və nəhayət üçüncü səbəb kimi, Azərbaycan parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulması, bununla bağlı Kremlin yenə də susqunluq sərgiləməsidir.

Prezident İlham Əliyevin yuxarıdakı üç amili əsas gətirərək Qələbə paradında iştirakdan imtina etməsini dövlətimizin, onun Müzəffər Ali Baş Komandanının yalnız Rusiyaya deyil, bütün dünyaya verdiyi tarixi mesaj kimi dəyərləndirmək olar. Baş verənlər birmənalı şəkildə göstərir ki, Azərbaycan, onun Prezidenti xalqımızın və dövlətimizin maraqlarını, onun qürur və ləyaqətini hər şeydən uca tutmaqda, bu maraqları dünya gücləri qarşısında belə qətiyyətlə müdafiə etməkdədir. Prezidentin məlum qərarı o deməkdir ki, Azərbaycan Respublikası, onun Prezidenti bu xalqın nə ölüsündən, nə də dirisindən vaz keçməməkdə, hətta əbədiyyətə qovuşan vətəndaşlarının belə haqqını aramaqda qərarlıdır. Prezidentin bu üç amil səbəbindən Moskva səfərindən imtinası göstərdi ki, xalqımıza, vətəndaşlarımıza, Azərbaycanın maraqlarına hörmət etməyən, ehtiram göstərməyən şəxsin və ya dövlətin Müzəffər Ali Baş Komandanın təqdir və ehtiramını qazanması mümkün deyil.

Ən nəhayət, baş verənlər Azərbaycanda xalq-dövlət, vətəndaş-Prezident həmrəyliyinin ən ali nümunəsi, mənəvi birlik göstəricisidir. Və bütün bunlar bizə bunu söyləməyə əsas verir: 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycan xalqı Azərbaycan dövləti ilə birlikdədir və bu birliyin ömrü dövlətimizin, müstəqilliyimizin ömrü kimi əbədidir!

Seymur ƏLİYEV

 

Chosen
0
10
moderator.az

10Sources