Xəbər verdiyimiz kimi mayın 9-da Rusiya paytaxtında keçiriləcək 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü şərəfinə hərbi paradda 80 nəfər Azərbaycan hərbçisi iştirak edəcək.
Bizim.Media xəbər verir ki, sosial şəbəkədə hərbçilərimizin parad məşqindən yeni görüntülər yayılıb.
Hərbi qulluqçularımız Moskvanın küçələrindən keçərək "Vətən, sənə canım fəda" şüarını səsləndiriblər.
Bizim.Media