EN

“Qarabağ” və rəqibləri - ARAŞDIRMA

Çempionlar Liqasının Çempionlar yolunun ilk iki püşkatma mərasiminə qatılacaq 38 komandadan 25-i bəllidir.

İdman.biz xəbər verir ki, I təsnifat mərhələsinin 28 iştirakçısından 21-i, birbaşa II təsnifat mərhələsindən yarışa start verəcək 10 klubdan 4-ü dəqiqləşib.

Misli Premyer Liqasının qalibi olan “Qarabağ”da ilk raunddan azad olan klublar sırasındadır. Qurban Qurbanovun yetirmələri püşkatmada səpələnmişlərdən olacaq. Təmsilçimizin mümkün rəqibləri əsasən I təsnifat mərhələsinin cütləridir.

Liqa yolunda isə 6 komanda II təsnifat mərhələsində mübarizə aparacaq. Bu klublardan da üçü dəqiqləşib.

Çempionlar Liqası
Çempionlar yolu
I təsnifat mərhələsi
Səpələnmişlər

“Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç)
“Jalgiris” (Vilnüs, Litva)
RFS (Latviya)
“Linkoln” (Cəbəllütariq)
“Kuopio” (Finlandiya)
Sloveniya çempionu
TNS (Uels)
“Drita” (Kosovo)
“Breydablik” (İslandiya)
“Linfild” (Şimali İrlandiya)

Səpələnməmişlər
“Levadiya” (Estoniya)
“Dinamo” (Minsk, Belarus)
“Kayrat” (Qazaxıstan)
“Differdanj” (Lüksemburq)
“İberiya” (Gürcüstan)
“Vikinqur” (Farer adaları)
“Şelburn” (İrlandiya)
Albaniya çempionu
Malta çempionu
“Virtus” (San Marino)

Qeyri-müəyyənlər
“Buduçnost” (Monteneqro)
“İnter” (Andorra)
“Şkendiya” (Şimali Makedoniya) Rumıniya çempionu
Bosniya və Herseqovina çempionu
Ermənistan çempionu
Moldova çempionu

II təsnifat mərhələsi
Səpələnmişlər

“Srvena Zvezda” (Serbiya)
“Slovan” (Slovakiya)
Danimarka çempionu
“Qarabağ” (Azərbaycan)
“Lüdoqorets”in yer aldığı cütün qalibi

Səpələnməmişlər
TNS-in yer aldığı cütün qalibi
“Drita”nın yer aldığı cütün qalibi
“Breydablik”in yer aldığı cütün qalibi
“Linfild”in yer aldığı cütün qalibi

Qeyri-müəyyənlər
İsrail çempionu

“Pafos” (Kipr)
Polşa çempionu
Xorvatiya çempionu
Ukrayna çempionu
Macarıstan çempionu
I təsnifat mərhələsinin 9 cütünün qalibi

Liqa yolu
II təsnifat mərhələsi
Səpələnmişlər

“Reyncers” (Şotlandiya)

Səpələnməmişlər
“Brann” (Norveç)

Qeyri-müəyyənlər
“Panatinaikos” (Yunanıstan)
Çexiya vitse-çempionu
Avstriya vitse-çempionu
İsveçrə vitse-çempionu

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması iyunun 17-də olacaq. II təsnifat mərhələsinin püşkü isə ertəsi gün atılacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Chosen
0
1
idman.biz

10Sources