EN

Vatikanda yeni Papa seçilmədi...

Vatikanın Apastol sarayının Sikstin borularından qara tüstü çıxdı. Bu isə o deməkdir ki, konklav birinci turda keçirilən səsvermədə yeni Roma Papasını seçə bilməyib. 

 Bildirilir ki, nəticələrin məlum olunması, planlaşdırıldığı vaxtdan iki saat çox çəkib.

  Xatırladırıq ki, Vatikanın Siktin kapellasında, Roma katolik kilsəsinin 113 kardinalının iştirakı ilə yeni Roma Papası seçilməli idi. Kardinallar yeni Papa seçilənə qədər gün ərzində, ən azı üçdə-iki üstəgəl bir səs çoxluğu ilə yeni Papa seçilənədək bir neçə dəfə səsvermə keçirəcəklər. 

 Səsvermə həmişə məxvi şəkildə keçirilir. Kardinalların səs verdiyi otağın pəncərələri foto-video çəkilişlərinin aparılmasının qarşısı alınması məqsədiylə ağ rəglə boyanır, bütün bina əvvəlcədən ciddi şəkildə yoxlanılır. Həmçinin mobil telefon və s. cihazların siqnalları xüsusi vasitələrlə boğulur. Səsvermə tam başa çatmayana, yeni Roma Papası seçilməyənədək Kardinalların məkanı tərk etməsinə icazə verilmir. Yeni Papanın seçilməsi əhaliyə kapellanın borularından çıxan ağ tüstü ilə xəbər verilir. 

 Rüstəm Hacıyev
 

Chosen
0
adalet.az

1Sources