EN

Moskva-Bakı marşrutu üzrə reys hava limanında qaldı

"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Moskva-Bakı istiqamətində nəzərdə tutulan aviareys artıq bir gündür ki, havaya qalxa bilmir.


Manset.az xəbər verir ki, bu barədə "Shot" Telegram kanalında məlumat yayıb.

Bildirilir ki, uçuş vaxtı dəfələrlə dəyişdirildiyindən sərnişinlər "Vnukovo" hava limanında demək olar ki, 24 saata yaxındır gözləmək məcburiyyətində qalıblar.

Məlumata əsasən, reysin yola düşməsi gün ərzində altı dəfə təxirə salınıb.

AZAL-ın Mətbuat Xidməti məsələ ilə bağlı sorğuya cavab verərək qeyd edib ki, uçuşun baş tutmamasına səbəb Moskva şəhəri üzərində hava məkanının bağlanmasıdır.

Chosen
0
1
manset.az

2Sources