EN

Oğuzda qəza: iki nəfər xəsarət aldı

Oğuzun Zərrab kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, VAZ-21012 markalı avtomobilin idarəetmədən çıxması nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Baş vermiş avtomobil qəzasının səbəbləri araşdırılır.

Chosen
0
3
konkret.az

4Sources