EN

Hindistan 21 hava limanının fəaliyyətini dayandırdı

Hindistanın şimalında Pakistanla həmsərhəd olan 21 hava limanının fəaliyyəti mayın 10-dək dayandırılıb.
 
Bu barədə “The Hindu” nəşri yazır.
 
Nəşr bildirir ki, hökumət müvafiq qərarı Pakistanla sərhəd yaxınlığında hərbi zərbələr fonunda verib.
 
Məhdudiyyətlər Cammu və Kəşmir bölgəsindəki, həmçinin Pəncab, Himaçal Pradeş, Racastan və Qucarat əyalətlərindəki hava limanlarına təsir edib.
 
Qeyd olunur ki, bu hava limanlarının bir çoxundan təkcə aviaşirkətlər deyil, Hindistan Hərbi Hava Qüvvələri də istifadə edir.
Chosen
0
5
moderator.az

6Sources