EN

İnfantino: “Rusiya dünya futboluna qayıtmaq istəyirsə…”

FIFA-nın prezidenti Canni İnfantino Rusiya komandalarının beynəlxalq yarışlara mümkün qaytarılması ilə bağlı sualı cavablayıb.

Arena.az “Real America’s Voice” şəbəkəsinə istinadən, FIFA prezidentinin müvafiq cavabını təqdim edir:

“Hal-hazırda Rusiya kənarlaşdırılıb. Biz ümidvarıq ki, nəsə baş verəcək, sülh olacaq, onda isə Rusiya yarışlara qaytarılacaq”, deyə İnfantino vurğulayıb.

Xatırladaq ki, daha əvvəl, UEFA-nın Rusiya komandalarının əngəldən çıxarılması üzrə fəaliyyət planı hazırladığı və ölkənin beynəlxalq yarışlara qaytarılması üzərində işlədiyi haqda məlumat yayılıb. Cari ilin mart ayında isə Rusiya Futbol İttifaqının (RFS) prezidenti Aleksandr Dyukov müsahibəsində, Rusiya komandaları üzərindən əngəlin qaldırılmasının yaxın vaxtlarda mümkün olacağı haqda ehtimalı irəli sürmüşdü.

Xatırladaq ki, müxtəlif yaş dəstələri üzrə milli yığma komandalar da daxil olmaqla, Rusiyanın bütün klub komandaları FIFA və UEFA-nın müvafiq qərarları ilə beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılıblar. Məsələ, 2022-ci ilin fevral ayının sonlarından Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində qaldırılıb və təsdiqlənib. O vaxtdan Rusiya yığması və klub komandaları ancaq yolaşlıq oyunlarında iştirak edə bilirlər.

Chosen
0
arena.az

1Sources