EN

IFOP sosial sorğu: 2027-ci il prezident seçkilərində ifrat sağçılar daha çox şanslıdırlar

Paris, 8 may, AZƏRTAC

Fransanın İctimai Rəy Sorğu İnstitutunun (IFOP) apardığı sorğununun nəticələrinə görə, 2027-ci ildə keçiriləcək prezident seçkilərinin ikinci turunda ifrat sağçı Milli Birlik (RN) partiyasının namizədi mərkəzçilərdən olan namizədlə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, institut seçki siyahısında qeydiyyatdan keçmiş 10 min nəfər arasında sorğu aparıb. Qeyd olunub ki, 2027-ci il prezident seçkilərinin birinci turunun bir neçə konfiqurasiyası sınaqdan keçirilib. Sorğunun nəticələrinə görə, ifrat sağçı Milli Birlik (RN) partiyası prezident seçkilərinin ilk turunda 32-35 % ilə qalib gələcək. Bu nəticələr ifrat sağçı partiyanın Avropa (31,37%) və parlament (33,34%) seçkilərində əldə etdiyi ballarla bir daha təsdiqlənir.

Sorğu iştirakçıları ikinci turda mübarizənin müxtəlif imkanlarını araşdırıblar və Jordan Bardellanın Marin Le Pendən daha yaxşı namizəd olacağı qənaətinə gəliblər. Bildirilir ki, Marine Le Pen Eduard Filipp ilə qarşılaşarsa yalnız 48% səs toplayacaq, E. Filipp isə 50%-ə çatacaq.

Bu nəticələrə görə J. Bardella Makronçu Qabriyel Attala qarşı 52% və Brüno Rötayoya qarşı isə 53% səslə qələbə əldə edəcək. Solçularla qarşılaşdığı təqdirdə Bardellanın 67% səslə Jan-Lük Mélenşona (LFI) qalib gələcəyi proqnozlaşdırılır. Sollar ikinci tura çıxa bilməyəcəklər. Solçu namizdlər arasında Rafael Qlüksmən (Raphaël Glucksmann) ilk turda Jan-Lük Melanşonla (Jean-Luc Mélenchon) bərabər səslərin 10%-ni qazanacağı ehtimal olunur.

IFOP sorğusunun rəqəmləri göstərir ki, Eduard Filipp (Edouard Philippe) birinci turda ən yaxşı profilə sahib olacaq. O, Qabriel Attalı xeyli qabaqlayacaq. Brüno Rötayoya gəlincə, o, 10%-dən aşağı qalacaq.

Respublikaçıların namizədi (LR) üçün Loran Vokye (Laurent Wauquiez) 2022-ci ildə Valeri Pekresin (Valérie Pécresse) əldə etdiyi nəticələrdən daha zəif - yalnız 3% səs toplaya biləcək.

Chosen
0
azertag.az

1Sources